Ömər Rəcəbli “Böyük Dəbilqə”də qızıl medal qazanıb

18:50 28.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli finalda Abdul-Kerim Tasuyev (Rusiya) ilə qarşılaşıb.

Rəqibini məğlub edən cüdoçumuz qızıl medal qazanıb. Bu komandamızın “Böyük Dəbilqə”də qazandığı ikinci qızıl medaldır. Ötən gün 60 kq-da çıxış edən Əhməd Yusifov da qızıl medal qazanıb. Onun finaldakı rəqibi öz idmançımız Balabəy Ağayev olub.